Ən çox izlənən videolar

İran tankeri Türkiyəyə gəlir -VİDEO

Cəbəllütariqdə saxlanılan İran Neft gəmisi sərbəst buraxıldıqdan sonra Yunanıstan limanına yaxınlaşmağa çalışsa da, Yunanıstan tərəfi rədd cavabı verib.

REAL-ın Türkiyə bürosunun məlumatına görə, Suriyaya qeyri-qanuni neft daşıması şübhəsi ilə saxlanılan gəmi Türkiyəyə tərəf istiqamət alıb.

Neft daşıyan və əvvəlki adı Grace-1 olan gəmi haqqında 5 həftədir araşdırma aparılırdı. Bu neft gəmisinin saxlanılması ölkələr arası problemə səbəb olmuşdu.

Gəmi 31 avqust tarixində Türkiyənin Mərsin şəhərində limana yan alacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar