Ən çox izlənən videolar

Su anbarında qəza - VİDEO

Paytaxtın Yasamal rayonu 2-ci Alatavada yerləşən Su anbarında baş verən qəza nəticəsində bir çox evlərə su dolub.

Qəza saat gecə 12 radələrində baş verib. Hadisə yerinə dərhal cəlb olunan Azərsu ASC-nin əməkdaşları evlərə dolan suyu nasoslarla sovurub kanalizasiyalara axıdıblar.

Məhəllə sakinlərinin dediklərinə görə təxminən 10 evə ciddi ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Araşdırmalar nəticəsi açıqlanandan sonra tam məlumat veriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar