Ən çox izlənən videolar

Azərbaycandan “Freedom House“a cavab - VİDEO

Freedom House hüquq müdafiə təşkilatı bir sıra ATƏT ölkələrində - Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun ərazisi olan Krımda jurnalistlərə təzyiq və onların təqibi faktlarını pisləyən açıqlama yayıb.

Açıqlamada adı çəkilən ölkələrdə jurnalistlərin təqibinə son qoyulmadığı iddiası ilə yanaşı həm də ölkə hakimiyyətinə jurnalistlərə qarşı hücumları hərtərəfli araşdırmaq və təqsirkarların cəzalandırmaq, tənqid edən jurnalistlərin təqibi təcrübəsinə son qoymaq, mətbuat azaldığı ilə bağlı qanunvericiliyi təkmilləşdirmək çağırışı var.

Beynəlxalq Mətbuat İnstitutununu Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev Fredom Hausla bağlı hələ 10-15 il əvvəl olan hadisəni xatırlatmaqla qurumun açıqlamasında qərəzli roluna diqqət çəkir.

Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə də düşünür ki, Azərbaycanda söz azadlığı var, jurnalistlərə diqqət də sadəcə Fredom Hause və onu idarə edən qüvvələr bunu görmək istəmirlər.

Xatırladaq ki, Freedom House Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır və bu təşkilat özünü dünayda demokratiya və azdlıqalrın carçısı kimi təqdim edir.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar