Ən çox izlənən videolar

Şəhid polis ailələrindən çağırış - VİDEO

Gəncədə 2018-ci ilin iyul terroru zamanı şəhid edilən polis əməkdaşları - polkovnik İlqar Balakişiyev və pojovnik-leytenant Səməd Abbasovun ailələri Prezident İlham Əliyevə müraciət ediblər.

Onlar dövlət başçısından, terror aktının iştirakçılarına heç bir güsəşt olunmamasını və törətdikləri əmələ görə cəzalandırılmasını xahiş ediblər.

Gəncə sakinləri də şəhid polis zabitlərinin ailələri ilə həmrəydirlər. Onlar hesab edirlər ki, iyul terroru əvvəlcədən hazırlanmış cinayətdir və şəhər əhalisi arasında böyük nüfuza malik iki polis zabiti hədəf kimi təsadüfi seçilməyib.

Qeyd edək ki, qətlə yetirilən polkovnik İlqar Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik leytenant Səməd Abbasov isə Nizami Rayon Polis İdarəsinin rəis müavini olub. Şəhid zabitlərin həmkarları da Səməd Abbasov və İlqar Balakişiyevin ailəsinin müraciətini dəstəkləyir.

Xatırladaq ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar baş verib. Faktla bağlı 80-dən artıq şübhəli şəxs saxlanılıb. Onlardan bəziləri məhkəmə qərarları ilə azadlıqdan məhrum edilib, bir qrup şəxsin isə məhkəməsi davam edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar