Ən çox izlənən videolar

Qadına şiddət “qəhrəmanlığı“ - VİDEO

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun sosial şəbəkədə atası barədə yazdığı status böyük rezonansa səbəb olub. O, anası və bacısı ilə birlikdə atasından gördüyü şiddətlərdən yazaraq hətda ondan imtina etdiyini qeyd edib.

Fuad Qəhrəmanlı isə “Facebook” hesabında qızının profilinin oğurlandığını, onun adından yazılanların övladına aid olmadığını bildirib.

F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qızının arxasında olduğunu və yaxın vaxtlarda bununla bağlı açıqlama veriləcəyini deyib.

Hər halda Fuadın dırnaqarası qəhramanlığını detalları ilə yazmaq fikrində deyilik. Məqsədimiz cəmiyyətdə bu kimi halların yaşanma səbəbini araşdırmaqdır.

Ancaq bəzən bu cür ailəsinə qarşı aqresialı olan insanlar cəmiyyətdə tam başqa cür görsənməyə insanlara özünü yaxşı mənada tanıtmağa çalışır.

Son dövrlərdə ailədaxili zorakılıq geniş vüsət alıb. Sosioloqlar bunu daha çox virtual sosiallaşmada görür.

Ailə daxili münasibətlərin bu həddə çatmaması üçün ilk olaraq ailə üzvlərinə müəyyən çərçivə daxilində azadlığın verilməsi məqsədəuyğundur.

Ailə kiçik bir dövlətdir. Dövlətin öz mövcudluğunu qoruyub saxlaması üçün nizam-intizam əsas olduğu kimi, bir ailənin də öz mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır.

Cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailədə ata və ana üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdır. Əks halda, bu kimi neqativ halların qarşısını almaq çətin olacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar