Ən çox izlənən videolar

“Aqro X“ startap müsabiqəsi yekunlaşıb - VİDEO

Aqrar sahədə innovasiyaların tətbiqini genişləndirmək məqsədilə elan olunan “Agro X” proqramı üzrə müsabiqəyə yekun vurulub.

12 startapçının layihəsi texniki-iqtisadi baxımdan məqbul sayılıb.

Bu innovasiyaların hər biri insanların işlərini asanlaşdırmağa, gəlirlərini artırmağa, kənd təsərrüfatının daha sürətli inkişafını təmin etməyə hesablanıb.

“Agro X” startap müsabiqəsinin yekun təqdimat mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti, Osman Gündüz Azərbaycanda startap ekosisteminin formalaşdığını deyib.

Bildirib ki, bu müsabiqə kənd təsərrüfatı sahəsində aqrar ekosistemin yaradılması işinə öz töhfəsini verəcək .

Tədbirdə çıxış edən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov startapçıları layihələrinin uzunmüddətli olması üçün fəal olmağa çağırıb.

Daha sonra “Agro X” İnnovasiya Proqramı çərçivəsində, aqrar startapların qısa müddətli təqdimatı olub. Təqdimatdan sonra qaliblər və müsabiqədə fərqlənənlər mükafatlandırılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar