Ən çox izlənən videolar

Yevlax Data Mərkəzi sertifikat alıb - VİDEO

“AzInTelecom” MMC tərəfindən məlumatların qorunması, etibarlı və keyfiyyətli Azcloud bulud xidmətlərinin portfoliosunu artırmaq üzrə ixtisaslaşmış və Yevlaxda inşası davam edən ehtiyat Data Mərkəzinə ABŞ-ın Uptime İnstitutu təşkilatının dizayn sertifikatı artıq alınıb.

Data Mərkəzin istismara verilməsi 2020-ci ilin birinci rübünə nəzərdə tutulub.

Bəs yeni data mərkəzinin yaradılması "AzIntelekom" MMC-nin müştəriləri və tərəfdaşlarına hansı imkanlar açacaq və nə üçün lazımdır?

“AzInTelecom” MMC-nin ehtiyat Data Mərkəzi vasitəsilə məlumatların qorunması ilə yanaşı, Yevlaxda quraşdırılan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını da təmin edən stansiya sistemlərinin də coğrafi rezervlənməsi təmin olunur.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar