Ən çox izlənən videolar

Aida İmanquliyeva-80 (VİDEO)

Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

Tədbirdə böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli elmi fəaliyyətindən bəhs edilidi. Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığı bildirildi.

Aida xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürüb. Aida xanım Azərbaycanda Qərb-Şərq mədəniyyətlərinin qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir.

Tədbirdə “Ağ günlərin sorağında” adlı kitabın 2-ci nəşrinin təqdimatı da keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar