Ən çox izlənən videolar

“Qobu Park-2”də ilk püşkatma olub - VİDEO

Qobu Park-2 üçün ilk püşkatma keçirilib.

Bakının Qaradağ rayonunda salınan Qobu Park-2 yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır.

Kompleksdəki tam tamirli mənzillərə paytaxtın müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Bu məqsədlə oktyabrın 10-da Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında püşkatma keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin direktoru Natiq Hüseynov bildirib ki, köçürülmə təxminən ay yarıma başa çatdırılacaqdır.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək,Qobu Park-2 yaşayış kompleksində hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər. Püşkatma mərasimində iştirak edən məcburi köçkünlər bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər.

Evlə təmin olunmamışdan qabaq qaçqınların və məcburi köçkünlərin yaşadığı yataqxanaya da baş çəkdik orda da sevinc abu havası ilə üzləşdik.

Təməli ötən ilin sentyabrında qoyulan Qobu Park-2 yaşayış kompleksində, ümumilikdə,10 mərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika,trenajor zalları, şahmat mərkəzi, market və iaşə obyektləri yaradılıb.Kompleksin ərazisində inşa olunan məktəb isə binası 780 şagird üçün nəzərdə tutulub.220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub.Qeyd edək ki,Buradakı mənzillərdən 120 ədədi - 1 otaqlı, 472 ədədi - 2 otaqlı, 528 ədədi 3 otaqlı və 180 ədədi 4 otaqlıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar