Ən çox izlənən videolar

Şabran avtomobil yolu yenilənir - VİDEO

Regionların inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir.

Şabran avtomobil yolu keçən əsrdə salınıb və əsaslı təmir olmadan istismar olduğundan nəqliyyat vasitələrinin intensiv hərəkətində çətinliklər yaranmışdır.

Hazırda bu çətinliklər geridə qalır.

Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb.

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar