Ən çox izlənən videolar

Dronların idarə edilməsi mərkəzi - VİDEO

Yaxın gələcəkdə Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin və hava limanının təhlükəsizliyi dronlar vasitəsilə qorunacaq.

Bunula bağlı "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti adıçəkilən hava limanında mülki pilotsuz uçuş aparatlarının (dronların) idarəedilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalayıb.

Müqaviləyə qurumun prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huazhi Hu imza atıb.

Mərkəzin prioritet vəzifəsi dronların aeroportun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır.Çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər.

Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək. Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.

Bu kateqoriyadan digər videolar
Digər videolar