Ən çox izlənən videolar

Könüllülər proqramının təqdimatı - VİDEO

Futbol üzrə 2020-ci il Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatı başlayıb.

İlk tədbir Azərbaycan Dövlət İqtisad Universitetində reallaşıb.

Görüşdə Avropa çempionatının tarixi ilə yanaşı, Könüllülər Proqramının ötən ilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda məlumat verilib.

Qeyd edək ki, Könüllülər Proqramının universitet kampaniyası Noyabrın 15-də yekunlaşacaq.

Xatırladaq ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-ü, 17-i və 21-də A qrupunun matçlar, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması sözügedən Arenada təşkil olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar