Ən çox izlənən videolar

“Qarabağ Azərbaycandır və nida işarəsi“ - VİDEO

Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi, Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günün uzaqda olmadığına bir mesaj idi.

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı ilə ermənilərin apardığı səhv siyasəti bir daha ifşa etdi. Buna görə də Prezidentin çıxışlarından nümunə götürülməli və bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural Gəncəliyev belə dedi.

Azərbaycan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli Qarabağ Qarabağ məsələsinin təbliğatı üçün vəsait və telekanalların veriliş siyasətində ciddi problem olduğnu dedi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə, məcburi köçkünlərin vəziyyətinə diqqət çəkdi.

Deputata Aqil Abbas isə dedi ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” daha sərt mövqe nümayiş etdirməlidir. Qarabağ İcmasına fond açılmasının və peşəkar tarixçilərdən ibarət şöbənin yaradılması təklif edilib.

İclasda qeyd olundu ki, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Dağlıq Qarabağın erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdir.

Bu kateqoriyadan digər videolar
Digər videolar