Ən çox izlənən videolar

Yanvarın 1-də yeni qanun qüvvəyə minir - VİDEO

1 yanvar 2020-ci il tarixində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qüvvəyə minir.

Bu Qanuna uyğun olaraq Telekommunikasiya haqqında Qanuna da əlavələr edilib.Bu dəyişikliyə əsasən artıq internet istifadəçisinin haqqı çatır ki, provayderdən süzgəcdən keçmiş internet tələb etsin.

Artıq yanvar ayının 1- ə,yəni qanunun qüvvəyə minməsinə az bir vaxt qalıb.Hər bir provayder internet istifadəçilərinə qanun qüvvəyə mindiyi gündən etibarən halal internet xidməti göstərməyə hazır olmalıdır.Azərbaycan internet forumunun prezidenti Osman gündüz isə deyir ki,mənim müşahidələrimə görə provayderlərin sistemi hələ buna hazır deyil və qanunvericilikdə bu xidmətin kimin xərcləri hesabına fəaliyyət göstərəcəyi də qeyd olunmayıb.

Əgər ki,vətəndaş provayderdən halal internet tələb etdiyi zaman həmin xidməti ala bilmirsə onda onun müvafiq yerlərə şikayət etməyə haqqı çatır və bu zaman da qanunla nəzərdə tutulmuş müəyyən tədbirlər görüləcək.

Halal internet xidmətinin qüvvəyə minməsi ən çoxda valideynləri sevindirəcək. Ona görə ki,artıq uşaqlar zərəli informasiyadan uzaqlaşacaq və internetdən daha faydalı şəkildə istifadə edə biləcəklər.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar