Ən çox izlənən videolar

Həmsədrlərin səfərləri nəticəsizdir - VİDEO

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri 20 ildən artıqdır davam edir. Lakin ortada ciddi nəticə yoxdur. Politoloq Fikrət Sadıxovun sözlərinə görə, həmsədrlərin bu səfəri də əvvəlkilərdən fərqlənmir.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün humanitar tədbirlər görülməlidir. Azərbaycanın əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifinə Ermənistan qarşı çıxır. Və həmsədrlərin vasitəçiliyi ilə danışıqların aparılmasını “kökündən baltalayır”.

Politoloq Arzu Nağıyev hesab edir ki, Paşinyan istər sosial-iqtisadi, istər ictimai-siyasi, istərsə də hərbi baxımdan vətəndaşa deyiləcək sözü olmadığı üçün Dağlıq Qarabağ kartından istifadə edir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan 2019-cu ilin sonunadək Həmsədrlərin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı daha bir görüş keçirmək niyyətindədir.

Bu kateqoriyadan digər videolar
Digər videolar