Ən çox izlənən videolar

"Roboday" festivalı - VİDEO

İnnovasiya həftəsi çərçivəsində Heydər Əliyev mərkəzində Nəqliyyat Rabitə və Yüksək texnologiyalar Nazirliyi eyni zamanda, İnnovasiyalar agentliyinin təşkilatçılığı ilə Roboday festivalı keçirildi.

Robopark layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgillər,robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub.Eyni zamanda,Gənc nəslin robotexnika sahəsində maarifləndirilməsi məqsədilə müxtəlif təlimlər, o cümlədən,müxtəlif dron,robofutbol,robosumo yarışları da təşkil olunub.Festivala maraq isə olduqca çox idi

Festival həm də ona görə əhəmiyyətlidir ki,burda az yaşlılar robotlarla birbaşa ünsiyyət qururlar və texnologiya ilə yaxından tanış olurlar , buda gələcəkdə yenilikçi texnologiya mühəndislərinin yetişdirilməsinə töhvə verir.Onu da qeyd edək ki,festival hələ bir neçə gün daha davam edəcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar