Ən çox izlənən videolar

1606 bələdiyyəyə 15156 üzv - VİDEO

Bu gündən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. Seçki dairəsinin ərazisində daimi yaşayan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və partiyaların blokları bələdiyyə üzvlüyünə namizəd irəli sürə bilər.

MSK katibi Mikayıl Rəhimov – həmin günədək azərbaycan vətəndaşları tədbirlər planı təsdiqlənib. Namizəd olmaq istəyənlər artıq prosesə start verə bilərlər.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək. Xatırladaq ki, bu ölkədə bələdiyyə institutu yaradılandan bəri keçiriləcək SAYCA beşinci seçkilər olacaq. Ilk seçkilər 1999-cu il dekabrin 12-sində sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar