Ən çox izlənən videolar

Heydər Əliyev Mərkəzinin parkında 19:00-da konsert keçiriləcək (VİDEO)

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik günü ilə əlaqədar konsert keçiriləcək.

Konsertdə yerli estrada ulduzlarıyla yanaşı xarici müğənnilərin də çıxışı nəzərdə tutulur.

Hazırda konsert keçiriləcək parkda hazırlıq işləri görülür. Gördüyünüz kimi artıq səhnə qurulub.

Qeyd edək ki, konsert saat 19:00-da başlayacaq və konsertə giriş sərbəstdir. Konsert proqramınnda yerli müğənnilərdən Röya, Miri Yusif, Murad Arif, Natiq ritm qrupu və Mirvari rəqs ansanblı çıxış edəcək.

Tədbirin xüsusi qonaq müğənniləri də olacaq.

Belə ki, müğənni-bəstəkar Emin Ağalarov, Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı Bahh Tee və Ellai Elman öz məşhur mahnılarını səsləndirəcəklər. Konsertə turistlərin də gələcəyi gözlənilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar