Ən çox izlənən videolar

Himnimiz Ukraynada səslənib - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə kombat ciu-citsu idmanı üzrə dünya çempionatı keçirilib.

20 ölkədən 345 idmançının iştirak etdiyi çempionatda yarışlar üç kateqoriyada təşkil olunub. İştirakçılar güləş, tamkontaktlı döyüş və özünümüdafiə növlərində bacarığını nümayiş etdirib. Ölkəmiz adı çəkilən yarışda 5 nəfərlik heyətlə təmsil olunub.

Əməkdar məşqçi Rəsul Məmmədovun yetirmələrindən Fidan Yusifova və Yasər Əhədli 60 kq-da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin yarışında “Güləş” və “Özünümüdafiə” kateqoriyalarında çıxış edən Vüqar Cəfərov bürünc medallara layiq görülüb. 92 kq çəki dərəcəsində “Güləş” kateqoriyasında çıxış edən Ramin Kazımov da ən güclü üçlüyü tamamlayıb.

Beləliklə, 7 medal qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutub və dünya çempionatının komanda kuboku ilə təltif edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar