Ən çox izlənən videolar

ABŞ-Azərbaycan əməkdaşlığı - VİDEO

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Arturla görüşüb.

Görüşdə Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson, briqada generalı Brent Rayt, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının rəhbəri Cey Sinkhin də iştirak ediblər. Nazir Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün hər cür potensial olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştarının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Xanım Bleyn Artur ştatda kənd təsərrüfatının əsasən heyvandarlıq istiqaməti üzrə ixtisaslaşdığını bildirib. Oklahomanın ölkədə buğda istehsalına görə birinci, mal əti istehsalına görə isə ikinci yerdə olduğunu deyən kənd təsərrüfatı katibi bildirib ki, forumda Azərbaycan və Oklahoma şirkətlərinin heyvandarlıq və bitkiçilik üzrə əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün gözəl imkanlar yaranacaq.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Oklahoma ştatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkiblər. Oklahoma Dövlət Universitetinin Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzində nümayəndə heyətinə aqrar məhsulların müasir texnologiyaların tətbiqi ilə becərilməsi üsulları barədə məlumat verilib. Heyət üzvləri ştat ərazisində fəaliyyət göstərən Süni Mayalanma Mərkəzinin, süd emalı üzrə ixtisaslaşmış “Dairy Freestall Barn” fermasının fəaliyyəti ilə də tanış olublar.

Nümayəndə heyəti, həmçinin Oklahoma ştatının ən məhşur iribynuzlu heyvanların satış auksionu hesab olunan “Oklahoma National Stockyards”ın fəaliyyəti ilə tanış olublar.

Oklahoma Tarix Mərkəzində ştatın Ticarət Departamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə qəbul təşkil olunub. Tədbirdə çıxış edən nazir İnam Kərimov Oklahoma ştatının rəhbərliyinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, I Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Azərbaycanla ştat arasında mövcud əlaqələri və strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri Oklahoma ştatı ilə uzun illərdir davam edən əməkdaşlığın mövcud potensiala uyğun olaraq daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Bu kateqoriyadan digər videolar
Digər videolar