Ən çox izlənən videolar

Bakıda növbəti dünya çempionatı - VİDEO

Bakıda qrapplinq üzrə dünya çempionatı keçirilib.

Sərhədçi İdman Olimpiya Kompleksində reallaşan yarışda 19 ölkənin 900-ə yaxın idmançısı mübarizə aparıb.

Azərbaycan mundiala 50 nəfərlik heyətlə qatılıb. İştirakçılar yeniyetmə, gənc, böyüklər və veteranlar arasında qüvvələrini sınayıblar.

Xatırladaq ki, paytaxtımız 2-ci dəfədir ki, analoji yarışa ev sahibliyi edir.

Çempionat yüksək səviyyədə keçir. Təşkilatçılığa söz yoxdur. İştirakçıların sayının bu qədər olacağını gözləmirdik. Bu qədər idmançını bir araya gətirmək əslində çətindir. Amma biz bunun öhdəsindən gəldik. Qisası, çempionatdan gözlədiyimizi aldıq.

2 gün davam edən qrapplinq üzrə dünya çempionatına bu gün yekun vurulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar