Ən çox izlənən videolar

Ölkə kubokuna start verilib - VİDEO

Ağır Atletika üzrə Azərbaycan Kubokuna start verirlib. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunan yarışda 100-dək idmançı qüvvəsini sınayır. Turnirdə oğlanlarla yanaşı, qızlar da mübarizə aparırlar.

Körpücük üzərinə ilk olaraq zəriflər çıxıblar. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyənləşib. Toplam 221 kq nəticə və 294.6 xalla bütün rəqiblərini üstələyən Boyanka Kostova baş mükafata sahib çıxıb.

"Çıxışımdan razıyam. Qızıl medal qazandım. Bundan sonra Türkiyə və Qətərdə turnirlər olacaq. Ardınca Avropa Çempionatında iştirak edəcəm. Bu yarışlarda nəticəmi artırmağa çalışacam. Əsas hədəfim isə olimpiya oyunlarıdır. Ümid edirəm ki, bu dəfə Bakıya medalla qayıdacam."

Oğlanla arasında isə Sahil Miriyev, Əvəz Tağıyev və Elşən Məmmədov ilk yarış günündə qızıl medala sahib çıxıblar.

Bu kateqoriyadan digər videolar
Digər videolar