Ən çox izlənən videolar

Çindən Azərbaycana turist axını - VİDEO

Azərbaycan ölkyə daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətlər ilə fəal iş aparır. Bu barədə Şanxayda 155 ölkə və regionun, eləcə də 26 beynəlxalq təşkilatın iştirakı ilə keçirilmiş 2-ci Çin Beynəlxalq İdxal sərgisi çərçivəsində "Çin sərgi sənayesi ticarəti beynəlxalq forumu”nda bildirilib.

Dövlət Turzim Agentliyinin sədri Fuad Nağıyev hökumətin turizm sahənin inkişafı ilə bağlı strateji planına uyğun olaraq görülən işlər nəticəsində Azərbaycanda bu sektorun müxtəlif növləri üzrə ən müasir standartlara uyğun infrastruktur yaradıldığını deyib. Gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, zəngin və dadlı mətbəxi ilə Azərbaycan turizmi sürətlə inkişaf edir. Bundan başqa, Azərbaycan, xüsusən də paytaxt Bakı beynəlxalq tədbirlərn, nufuzlu idman yarışlarının keçirildiyi məkana çevrilir. Bütün bu amillər əcnəbi turistlərin marağına səbəb olur.

Qeyd olunub ki, Azərbaycan Çin ilə digər sahələrdə olduğu kimi turizm üzrə də əməkdaşlığın inkişafına böyük önəm verir. Bu ilin martında Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Hazırda Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “Asan Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bundan başqa, Çinin müxtəlif şəhərlərində Azərbaycanın turizm imkanlarının təqdimatları keçirilib, ölkənin tanınmış onlayn səyahət platformaları olan "Trip.com" və "Qyer.com" ilə əməkdaşlıq aparılır. Bunların nəticəsidir ki, ölkəmizə səfər edən çinlilərin sayında ciddi artım müşahidə olunur.

Forumda Azərbaycanın turizm imkanlarına dair filmi nümayiş olunub. 2-ci Çin Beynəlxalq İdxal Sərgisindəki Azərbaycanın ölkə pavilyonunda respublikamızın turizm potensialına dair videoçarxlar, nəşrlər, elektron materiallar təqdim olunub.

REAL-ın ASİYA bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar