Ən çox izlənən videolar

Moskvada Forum hazırlığı - VİDEO

Noyabrın 22-23-də Moskvada keçiriləcək 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək üçün Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyaya rəsmi səfər edəcək.

Birinci vitse-prezident və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.

Bunu REAL-a müsahibəsində Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu dedi.

Rusiya-Azərbaycan Regionlararası Forumunu dialoq üçün unikal platforma adlandıran diplomatın sözlərinə görə, əsas məqsəd hökumət və iki dövlətin biznes nümayəndələri arasında sərbəst ünsiyyət üçün şərait yaratmaqdır. Polad bülbüloğlu Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevanın Moskvada bərpa olunan məşhur 80 illik tarixə malik olan “Azərbaycan” pavilyonunun açılışında iştirak edəcəyi barədə də məlumat verdi.

Xatırladaq ki, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən olan “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa edilib. Layihənin müəllifləri - memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovdur. Sovet İttifaqının süqutundan sonra baxımsız vəziyyətdə qalan pavilyon 2016-cı ildə rəsmi olaraq Azərbaycana təhvil verilib və burada təmir-bərpa işlərinə başlanılıb. Bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Yenilənmiş pavilyonun konsepsiyasının əsas ideyası Azərbaycanın zəngin tarixə malik qədim, eyni zamanda sürətlə inkişaf edən bir dövlət olduğunu nümayiş etdirmək üzərində qurulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar