Ən çox izlənən videolar

Təbiət naminə birləş! (VİDEO)

Bakıda növbəti ağacəkmə aksiyası keçirildi. Heydər Əliyev Fondu tərəfindən Xətai rayonunda yeni salınan «Gənclik» parkında təşkil olunan aksiyada gənclər, rayon sakinləri iştirak edirdi.

Əvvəlcə ərazidə müvafiq iməclik aparılıb, ətraf müxtəlif tullantılardan təmizləndi.

Aksiya Heydər Əliyev Fondunun "Təbiət naminə birləş, Həyat naminə birləş!" layíhəsí çərçívəsində həyata keçirilib. Layihə üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkili nəzərdə tutulub.

Layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Aksiyada Prezident İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak etdilər.

Daha sonra dövlət başçısı və xanımı gənclər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər, xatirə şəkilləri çəkildi

Qeyd edək ki, layihənin məqsədi eyni zamanda insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib.


Dövlət Bayrağı bayramının qeyd edildiyi günlər və 12 noyabr- Konstitusiya Günü ərəfəsində təşkil olunan bu aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qaldı.

Xətai parkındakı aksiyada ağacların əkilməsi, sulanması, ərazinin zibil və tullantılardan təmizlənməsi ilə yanaşı, ərazidə quş yuvaları və yem qabları da quraşdırıldı

Bugünkü aksiyada ərazidə müxtəlif əyləncə və musiqili proqramlar, yarışlar təşkil olundu.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən salınan yeni parkda sakinlərin istirahəti üçün xüsusi zonalar, uşaqlar üçün əyləncə yerlərinin yaradılması nəzərdə tutulur. Parkda, həmçinin, xüsusi avadanlıqlarla təchiz olunmuş idman meydançası, futbol, voleybol və basketbol meydançaları fəaliyyət göstərəcək, tennis kortu, velosiped və qaçış zolaqları, təbii daşlardan salınmış gəzinti yolu, piknik zonası, velosipedlər üçün zona təşkil olunacaq.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar