Ən çox izlənən videolar

Qazın “yanan” qiyməti - VİDEO

Son zamanlar ölkədə maye qaz və ya LPG qazının qıtlığının yaranması və daha sonra onun qiymətinin 45 qəpikdən 65 qəpiyə qalxması aydınlıq gətirildi.

Nəzərinizə çatdıraq ki, maye qaz neft məhsuludur və neftin emalı zamanı əldə olunur, CNG kimi tanınan sıxılmış təbii qaz isə adından da göründüyü kimi təbii qazın sıxılmış formasıdır. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə maye qazın qiymətində olan hər hansı bir dəyişiklik SOCAR tərəfindən tənzimlənmir, çünki SOCAR sadəcə bu qazın istehsalçılarından biridir. Məhsulu SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təchizatçı şirkətlər onu ölkəyə həm də xaricdən idxal edir və xaricdən idxal ediləndən sonra görünür ki, məhsulun maya dəyəri də artıb.

Bundan başqa İbrahim Əhmədov onu da bildirdi ki, LPG qazına alternativ yanacaq növü olan CNG qazının istehlakında qıtlıq və onun qiymətində hər hansı bir dəyişiklik olması gözlənilmir, çünki maye qazının istehsalı neftin emalına bağlıdırsa CNG qazı evlərimizdə işlətdiyimiz təbii qazdır ki, bu qaz həm də borular vasitəsilə yanacaq doldurma məntəqələrinə ötürülür və orada sıxlaşdırılaraq istehlak edilir. Həmçinin bu qazın yanacaq kimi effektivliyi də maye qazdan daha yüksəkdir və təhlükəsizdir.

Qeyd edək ki, artıq ölkədə istehlakçıların böyük hissəsi CNG-yə böyük maraq göstərir və sıxlaşdırılmış təbii qazın satışları ötən ildən etibarən sürətlə artmaqdadır, bu da onun üstünlükləri ilə bağlıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar