Ən çox izlənən videolar

Ölkə kubokuna yekun vurulub - VİDEO

Ağır atletika üzrə Azərbaycan kubokuna yekun vurulub. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yarışın son günündə körpücük üzərinə ağırlığı 96, 102, 109 və 109 kiloqramdan yuxarı olan atletlər çıxıblar. Sözü gedən çəki dərəcəslərində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov baş mükafata yiyələniblər.

Xatırladaq ki, ilk yarış günündə qızalar arasında Boyanka Kostova, oğlanlardan isə Sahil Miriyev, Əvəz Tağıyev, Elməddin Hüseynov, Elşad Şərifov, Kənan Əliquliyev, Ceyhun Tağızadə və Elşən Məmmədov qızıl medala layiq görülüb.

Ölkə kuboku uğrunda 100-dək idmançı qüvvəsini sınayıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar