Ən çox izlənən videolar

Konsulluqların işindən narazılıq - VİDEO

Azərbaycanın Rusiyadakı Konsulluqlarının işində çatışmazlıqlar çoxdur və bunu inkar etmirik.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad bülbüloğlu REAL-a müsahibəsində bunun səbəblərinin izahını belə verdi.

Dipomatın sözlərinə görə, Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır. Bu da nəticədə narazılıqlara səbəb olur.

"Hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır".

Diplomat diasporada real vəziyyətlə bağlı fikirlərini də REAL-la bölüşdü.

Polad Bülbüloğlu bəyan etdi ki Diasporanın işi səfirliyə kömək etmək olsa da əksinə onlar səfirlikdən kömək istəyir.

Bu kateqoriyadan digər videolar
Digər videolar