Ən çox izlənən videolar

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatdı (VİDEO)

İndiyə qədər bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfərin namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müraciət edənlərdən 23799 nəfər imza vərəqəsi götürüb, onlardan 7952 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb.

Məzahir Pənahovun sözlərinə görə, bələdiyyə seçkilərində iştirak üçün müraciət edənlərin 31,3 faizi qadınlar, 68,7 faizi isə kişilərdir.

Bundan başqa Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir partiyanın - Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

Müzakirələrdən sonra Azərbaycan Respublikaçılar Partiyasının bələdiyyə seçkilərində iştirakı səsverməyə çıxarılaraq qəbul olunub. Qərara əsasən, siyasi təşkilatın səlahiyyətli nümayəndəsi qeydiyyata alınıb. Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar