Ən çox izlənən videolar

Azərbaycanın yeni fəxri konsulu - VİDEO

Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın Zaltsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulluğunun təntənəli təqdimetmə mərasimi keçirildi.

Fəxri konsulun təqdimat mərasimində Azərbaycanın Avstryadaki diplomatik korpusunun nümayəndələri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Zaltsburq Federal Əyalət Administrasiyasının, Zaltsburq şəhər meriyasının, müxtəlif şirkət və müəssisələrin təmsilçiləri iştirak etdilər. 

Tədbirin əvvəlində hər iki ölkənin dövlət himnləri səsləndirilib. Fəxri konsul Mixael Haynritsi tədbiri giriş sözü ilə açaraq Azərbaycan və Avstriya arasında oxşar cəhətlərdən bəhs etdi. O, Azərbaycan Prezidentinin 11 mart 2019-cu il tarixli sərəncamı ilə Avstriyanın üç fədəral əyalətində Azərbaycanin fəxri konsul təyin edilməsindən məmnun olduğunu bildirərək, fəxri konsulluğun iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi, var gücünü sərf edəcəyini vurğuladı. Daha sonra Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Avstriyada ölkəmizin artıq iki fəxri konsulluğunun rəsmi şəkildə fəaliyyət göstərdiyini, qonaqlarin diqqətinə çatdıri. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da öz nöbəsində fəxri konsulu təbrik edərək onun məsul olduğu federal əyalətlərdə yaşayan soydaşlarımızın məsələləri ilə yaxından maraqlanacagina ümidvar olduğunu dilə gətirdi. Fuad Muradov “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalını fəxri konsul Mixael Haynritsiyə təqdim edii.. Zaltsburq şəhər meriyasının təmsilçisi Barbara Unterkofler Zaltsburq əyalətinin gəlirlərinin təxminən 60 faizinin ixracatdan formalaşdığını qeyd edərək, xarici iqtisadi əlaqələrin Zaltsburq üçün nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

Tədbirin bədii hissəsində pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə (fortepiano) və Karen Danqer-Manafzadə (vokal) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam etdi.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar