Ən çox izlənən videolar

Dini Sammit çərçivəsində sərgi - VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində "İslam sivilizasiyalarının mədəniyyət və irsi" adlı sərginin açılış mərasimi keçirilib.

Sərgi Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində təşkil olunub.

Sərgidə təqdim olunan müxtəlif xəttatlıq üslubları ilə bəzədilən kitab və əlyazmalar, miniatür əsərləri, memarlıqda divar bəzəkləri, xalça, parça və tikmələrdə istifadə edilən yazılar, bədii metal üzərindəki işləmələrin əksəri sirli İslam fəlsəfəsinin təsirindən bəhrələnən rəmzi məna daşıyır.

Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət, Milli Xalça və Musiqi Mədəniyyəti Dövlət muzeylərinin kolleksiyalarından eksponatlar da nümayiş etdirilir.

Sərgidə nümayiş olunan fotoların müəllifi Etibar Cəfərovdur. İslam ölkələrinin keçdiyi inkişaf yolu günümüzə qədər çatmış monumental tikililərlə, yadigar qoyduqları qalalar, körpülər, qəsrlər, habelə müxtəlif maddi və qeyri-maddi mədəni irs nümunələri və sənət əsərləri ilə səciyyələnir.

Bu kateqoriyadan digər videolar
Digər videolar