Ən çox izlənən videolar

Bayıl yamacında ağacəkmə kampaniyası - VİDEO

Dövlət Miqrasiya Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Miqrasiya Təkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təkilatçılığı ilə ətraf mühit, Azərbaycan Respublikasının yaşıllıq, eləcə də ətraf mühitlə bağlı təşəbbüslərinə dəstək məqsədilə zeytun bağının salınmasına start verilib.

Miqrasiya Könüllülərinin də iştirak etdiyi tədbir Səbail rayonundakı "Velopark" adlanan ərazidə təşkil olunub. İştirakçılar 220 zeytun ağacı əkiblər. Yen ağacların əkilməsində münbit torpaq və mineral gübrələrdən istifadə olunub, onların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi və zeytun bağının daha da genişləndirilməsi nəzərdə tutulur.

Bu kateqoriyadan digər videolar
Digər videolar