Ən çox izlənən videolar

“Mühacir əməliyyatı”nın pərdə arxası - VİDEO

Almaniyada saxta miqrantlara qarşı genişmiqyaslı əməliyyat Xarici İşlər Nazirliyinin yerli orqanlara ünvanladığı məxfi məktuba əsasən başladılıb. Azərbaycanın da adı çəkilən məktubda yerli orqanlar bir sıra ölkələrdən mühacir kimi gələn şəxslərə məxsus arayışların saxta və ya əsassız ola biləcəyi qeyd edilir, əlavə yoxlamaların aparılması tövsiyyə olunur.

Bu barədə REAL-a Almaniyada yaşayan azərbaycanlılar məlumat veriblər.

Bundan başqa, Almaniyanın xarici ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən səfirliklərində xüsusi komissiyalar yaradılıb. Komissiya mühacir status almaq istəyən şəxslər, eləcə də onlara verilmiş arayışlarla bağlı araşdırma aparır, Almaniya hökumətini araşdırmanın nəticəsi barədə məlumatlandırır.

Saxta yolla mühacirətə gedən şəxslərə pul müqabilində arayışların verilməsində günahlandırılan Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi barədə də yeni məlumatla üzə çıxıb. Almaniyadakı azərbaycanlılar dəqiqləşdiriblər ki, Avropa Koordinasiya Mərkəzi mədəni təşkilat kimi qeydiyyatdan keçib və Almaniyanın dövlət orqanlarında onun siyasi fəaliyyəti barədə heç bir məlumat olmayıb. Lakin mərkəz gizli şəkildə siyasi fəaliyyət göstərib, Azərbaycan dövləti əleyhinə aksiyalar təşkil edib, Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər Almaniyaya vaxtaşırı səfərlər edərək, mərkəz vasitəsilə siyasi tədbirlər keçiriblər.

Artıq saxta mühacirlərin ölkələrinə, o cümlədən, Azərbaycana deportasiyası prosesinə start verilib və onlar qrup şəklində vətənlərinə yola salınırlar.

Qeyd edək ki, mühacir kimi Avropaya üz tutan şəxslərin bir çoxu yerli cəmiyyətə inteqrasiya oluna bilmir, davranışları ilə ölkələri haqqında mənfi təəssürat yaradırlar. Məsələn, Almaniyada keçirilən azərbaycanlı toylarının böyük əksəriyyətində dava düşür, hətta bıçaqlananlar olur.

Bir müddət öncə Azərbaycanı tərk edərək Gürcüstana, oradan da Almaniyaya gedən azərbaycanlı Azər Kazımzadə də məhz dava-dalaşa görə hələ avqustda həbs olunub. O, avqustun 20-də Almaniyanın Deggendorf şəhərində qaçqın düşərgəsində azərbaycanlılarla Seneqal və Nigeriyadan olan şəxslər arasındakı davaya görə tutulub.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar