Ən çox izlənən videolar

1606 bələdiyyəyə 15 156 üzv seçiləcək - VİDEO

Azərbaycanda bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.

Bu haqqda Mərkəzi Seçki Komissiyasının iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar