Ən çox izlənən videolar

Mühacir “Biznesmenləri“ - VİDEO

Almaniyanın 6 əyalətində keçirilmiş əməliyyatlardan sonra mühacir biznesi ilə məşğul olan azərbaycan vətəndaşlarının saxlanılması, bu biznesə gizli sərmaye qoyanların kimliyini üzə çıxarmaqdadır. Hər fürsətdə Avropa təcrübəsini öz maraqları naminə qabardan və köhnə qitədə istinad nöqtəsi axtaran antimilli şurəvilər qurduqları şəbəkənin toruna düşüblər. Əslində Azərbaycanda qanunun icazə verdiyi yerdə toplanmağı bacarmayanlardan bundan artığını gözləməyə dəyməzdi. Əli Kərimli bilməli idi ki, onun partiya vəsiqəsindən fərqli olaraq, Almaniyada yaşamaq izni verən sənədin alınıb satılması mümkün deyil. Müxtəlif təbəqəyə aid insanların Almaniya barəsindəki utopik düşüncələrini reallaşdırmaq üçün, onların son qəpiyini əlindən almaq nə bəyliyə, nə də əl tutmaq əlidən qalıb ifadəsinə yaraşmır. Bəlkə elə bu insanlar da Əli kərimdir deyib Almaniyaya üz tutublar. Amma zaman göstərdi ki, onlar da əli ətəyindən uzun evlərinə qayıtdılar. Ata baba-ocağına. Bayaq qeyd etdiyim kimi, Əli Kərimlinin möhürü olan sənəd, yaxud partbilet insanları Lökbatandakı Neftçi idman klubunun təlim-məşq bazasına qədər apara bilmirsə, xaricə necə aparacaqdı.

Elə bu məqamda jurnalist Xədicə İsmayıl mühacir biznesində adı hallanan Müsavat başqanı Arif Hacılını istefaya səslədi. Jurnalist iki gün əvvəl müxbirimizin üzünə qapı bağlayıb, feysbuk üzərindən populist paylaşımlar edən Hacılının criminal bizneslə bağlı olduğunu deyib. Təbii ki, bundan sonra Xədicə İsmayıl social şəbəkələrdə təhqir atəşinə məruz qalıb.

Digər tərəfdən yutube social şəbəkəsində siyasi şərhçiliklə məğul olan Ramiz Yunusun da Arif Hacılını istefaya səsləməsi ümumi ab-havaya aydınlıq gətirir. Yəni cəbhələrə bölünən cəbhədə vəziyyət gərgin olaraq qalır. Söz atışması zəminində Arif Hacılı da Ramiz Yunisə Razmik Baqdasaryan xitabını edərək onu saxtakar adlandırıb.

Bir müddət əvvəl qızının məktubundan sonra AXCP sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlını xatırlamaq yerinə düşər. Əgər ailə daxilində yaranmış rəftar pozuntusu istefaya aparırsa, bu qədər insanın alıdadılıb biznes predmetinə çevrilməsi niyə qulaqardına vurulmalıdır. Görünən odur ki, Əli Kərimli və Arif Hacılı üçün ölkədaxilində tərəfdar toplamağın əsas səbəblərindən biri də mühacir biznesi üçün potensial qurbanlar yığmaqdır.

Xatırladaq ki, siyasi mühacir alveri ilə məşğul olan dəstənin cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu rəsmi açıqlama yaymışdı. Məlumatda bildirilirdi ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Cinayət işi üzrə saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdiriləcəyi ilə bağlı rəsmi məlumat verilib.

 

Bu kateqoriyadan digər videolar
Digər videolar