Ən çox izlənən videolar

“Azəriqaz” İstehsalat Birliyi qışa tam hazırdır - VİDEO

Havanın soyuması ilə paytaxt Bakıda və bölgələrdə təbii qaza olan tələbat artır, elə buna görə də qazın təzyiqinin 2 bəzən də 3 dəfə artırılması zərurəti yaranır.

Bildiyiniz kimi noyabrın 15-dən ölkədə qış rejimi tətbiq olunub. Bu qış Azərbaycanda, xüsusilə də Bakıda mavi yanacağın necə veriləcəyi, fasilələrin olub-olmayacağı yəqin ki, hər birimizi qayğılandırır.

Azəriqaz İstehsalat Birilyinin baş direktoru Ruslan Əliyev bildirir ki, qarşıdan gələn qış mövsümü ilə əlaqədar bütün işlər yekunlaşıb, o cümlədən yaranacaq problemlər də dərhal müdaxilə olunaraq aradan qaldırılacaq.

Mənzillərin qazla təmin olunması həmçinin dəm qazından zəhərlənmə məsələsini də gündəmə gətirir. Bildiyimiz kimi hər il dəm qazından onlarla zəhərlənmə hadisəsi qeydə alınır. Bu da əhali arasında qazın keyfiyyəti barədə mənfi rəyin yaranmasına səbəb olur. Ruslan Əliyev bu məsələyə də aydınlıq gətirdi.

Bundan başqa Ruslan Əliyev bildirdi ki, ölkə başçısının tapşırığına əsasən son on ildə qazlaşma 62 faizdən 96 faizə çatdırılıb. Bununla da abonentlərin sayı yeddi yüz mindən iki milyon üç yüz minə çatıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar