Ən çox izlənən videolar

“Qobu Park 2“də əmək yarmarkası - VİDEO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq xidməti və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birgə qaçqınlar üçün əmək yarmarkası keçirilib.

Yarmarkada 54 müəssisədən 625 vakant iş yeri təqdim olunub. Bu siyasətin əsas istiqaməti ölkədə məşğulluq imkanlarının artırılması və əmək resurslarının səmərəli məşğulluğunun təminatıdır. Xidmətin əsas fəaliyyətinin istiqamətlərindən biri də məcburi köçkünlərin məşğulluğunun təmin olunmasıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, Bakıda və regionlarda məcburi köçkünlər üçün yeni yaşayış massivləri salınıb.

Dövlət Məşğulluq Xidmətinin müavini Şahbaz Xələfov da bildirib ki, əsas iş yerləri ali təhsil tələb etməyən yerlərdir.

Qeyd edək ki, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün bu gün qeydiyyata alınıblar.

Bu kateqoriyadan digər videolar
Digər videolar