Ən çox izlənən videolar

Müharibədən qalib çıxmaq - VİDEO

II Dünya müharibəsi başladığı bir neçə gün ərzində universitetin 159 müəllimi, 23 aspirantı, 1141 tələbəsi səfərbərliyə alınaraq ön cəbhəyə getdi. İlk addımı atan isə c. Ələsgərov idi.. O repressiyanın tüğyan etdiyi 1937-ci il universitetin başına keçmişdi.

1940-41-ci dərs ilində universitetin bütün məzunları və 200 tələbə cəbhəyə yollandı. Onlar həm döyüşən hissələrdə, həm də Avropa ölkələrində partizan və müqavimət hərəkatında fəal iştirak etdilər. Döyüşən ordu sıralarına çağırılmayanlar isə arxa cəbhədə öz əməkləri ilə fərqləndilər.

Müharibənin ən ağır dövründə – 1941-1944-cü illərdə universitetə Şamil Rəhim oğlu Əliyev rektorluq edirdi. Amansız müharibə universitetin fəaliyyətinə ağır zərbə vursa da, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdı. Elə həmin çətin illərdə universitet alimləri beynəlxalq əhəmiyyəti olan bir sıra kəşflərə imza atdılar. Bunlara ən parlaq misal akademik Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar.

Lakin ağır müharibənin yaratdığı çoxlu problemlər də mövcud idi.

Müharibədən sonrakı dövr- xüsusilə 1950-ci illərin ortaları BDU-nun həyatında sakit və məhsuldar dövr sayılır. Bu illərdə universitet Azərbaycana çox məşhur simalar yetişdirdi. O məşhurların arasında kimlər vardı. Növbəti süjetimizdə bu haqda danışacağıq.

Bu kateqoriyadan digər videolar
Digər videolar