Ən çox izlənən videolar

Çində mədəndə yanğın - VİDEO

Çinin Şandon vilayətindəki kömür mədənlərindn birində noyabrın 19-da axşam gec saatlarda baş vermiş yanğın nəticəsində yerin altında köməksiz vəziyyətdə qalmış 11 şaxtaçı xilas edilib.

Qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Xilasedicilər su şırnağından və havalandırma cihazlarından istifadə etməklə qəza yerinə yaxınlaşaraq, yanğını söndürə biliblər. Yüksək temperatur və karbon-monoksid qazının çoxluğu xilasetmə əməliyyatını çətinləşdirib.

Noyabrın 21-də yerli vaxtla səhər saat 9:00 radələrində xilasedicilər şaxtaçıları tapıblar. Bundan təxminən 40 dəqiqə sonra ilk şaxtaçı, ardınca isə digərləri mədəndən çıxarılıb. Onların sağlamlıq vəziyyəti sabit olub və müayinə üçün xəstəxanalara yerləşdiriliblər.

REAL-ın ASİYA bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar