Ən çox izlənən videolar

Njde haqqında üzə çıxan sənəd - VİDEO

Ermənilər tarixi bilmir. Axı məhz rus diplomatı və dramaturqu Qriboyedovun sayəsində ermənilər Cənubi Qafqazda məskunlaşmaq imkanı qazanıblar. O, ermənilər üçün ikona olmalı idi.

Bunu Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. Bu arada Krasnodar vilayətinin Dövlət arxivindən Qaregin Njdeyə aid sənədlər yayılıb. Sənədlərdə deyilir ki, Ter-Arutyunyan, yaxud Qaregin Njde alman-faşist qoşunlarının əlaltısı olub, SS-in Erməni Legionunun yaradıcılarından biridir və SSRİ-yə qarşı döyüşüb.Krasnodar məhkəməsinin arxiv sənədlərinə əsasən 1920-1921-ci illərdə qaregin nijde Zəngəzurdakı qüvvələrin komandanı olub, orada Qırmızı orduya qarşı mübarizə aparıb və daha sonra xaricə qaçaraq antisovet təbliğatı aparıb. İkinci Dünya müharibəsi zamanı alman kəşfiyyat orqanları ilə əməkdaşlıq edib və sovet ordusunun hissələrinə qarşı diversiya əməliyyatları aparıb.

“Rusiya, Azərbaycan və hətta Ermənistan vətəndaşları qarşısında erməni “qəhrəmanı” haqda növbəti mifin də üstü belə açıldı. Və ermənistandan olan millətçilərin, Rusiya ərazisində Njdeni qəhrəmanlaşdıranların buna verməyə cavabları yoxdur. Rusiyalı ekspertin sözlərinə görə, bundan sonra Rusiya ərazisində faşizmin qəhrəman obrazının yaradılmasına görə cəza nəzərdə tutan qanuna qarşı çıxanları cinayət məsuliyyəti gözləyəcək.

Xatırladaq ki, 2019-cu il noyabrın ortaları Krasnodar vilayətinin Armavir şəhərində erməni kilsəsinin həyətində türklərin qanına susamış Qaregin Nijdeyə qoyulmuş xatirə lövhəsi yerli dumanın deputatı tərəfindən qara boya ilə boyandə. Qara günə qoyulmuş Qareginin sonra xatirə lövhəsi yerli ictimaiyyətin və əhalinin tələbi ilə söküldü. Bundan sonra erməni radikal millətçi Şaqen Arutyunyan Ermənistanda ruslardan qisas almaq qərarına gələrək, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə eyni vaxtda dekabrın 2-si tarixində Ermənilər tarixi bilmir. Axı məhz rus diplomatı və dramaturqu Qriboyedovun abidəsini təhqir edib. Abidənin üzərinə qırmızı boya töküb.

Bu kateqoriyadan digər videolar
Digər videolar