Ən çox izlənən videolar

Azərbaycan incəsənəti Lüksemburqda - VİDEO

Lüksemburqda Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyasında "THE OTHER COLORS" adlı incəsənət sərgisidə, Azərbaycanın tarixi, adət-ənənəsi, mədəni irsi, mədənniyyəti, incəsənətinin zənginliyi gələn qonaqlara təqdim olunub.

Tədbiri giriş sozu ilə açan Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin katibi Samir Əbdürrəhimov hər kəsi Azərbaycan Respublikasının Belçika kralliğında  Lüksemburq böyuk hersoqluğundakı səfirliyi adından salamlayıb və bu tip sərgilərin Azərbaycanın incəsənətinin Avropada tanınmasında böyuk rolu olduğuna diqqət çəkib.

Sərgidə əsərləri sərgilənən Azərbaycandan gələn rəssamlar da Avropada Azərbaycanın tanıdılmasından çox məmnun olduqlarını dilə gətiriblər.


Azərbaycanin mincə sənətinin nümunələri Lüksemburqda Qarabağ Azərbaycan Mədəniyyət Asosiyasiyasının sərgi salonunda 3 gün luksemburqlulara təqdim olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar