Ən çox izlənən videolar

TRACECA-nın yubiley konfransı - VİDEO

Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunan beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası keçirildi.

Toplantıda Azərbaycan,Gürcüstan, Qazaxıstan, Qazaxıstan, Özbəkistan, Qırğız, Tacikistan, Türkmənistan, Moldaviya, Monqolustan, Ukrayna, Ermənistan, Türkiyə,Runıniya və Bolqarıstandan olan rəsmi şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdi.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbəri Cavid Qurbanov itirak etdilər.

Konfransda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət baçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxudu.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, Azərbaycan 2013cü ildə Çin tərəfindən elan ediləb bir kəmər bir yol təşəbbüsünü ilk dəstəkliyən ölkələr sırasında olub.

Çıxış zamanı toplantıda iştirak edən Ermənistan nümayəndə heyətinin rəhbəri Armen Simonyanın TRACECA-ya üzv dövlətlərin nünmayəndələrinin Fəxri xiyabanı ziyarət etməsi barədə eyhamlı sualına iqtisadiyyat naziri Mİkayıl Cabbarovun cavabı sərt oldu.

"Qonşu Ermənistandan olan həmkarlarımın çıxışına toxunmaya bilməzdim. Düşünürəm ki, onların fikirlərini ifadə etdikləri tərzdə onlara cavab verməliyəm. Hər halda bu tərz daha anlaşılandır. Mən reaksiyanı başa düşürəm. Hesab edirəm ki, bu reaksiyanı iki hissəyə bölmək olar. Birinci TRACECA haqqında səsləndirilən fikrilərlə bağlı. Mən çıxış edən həmkarlarıma təşəkkür edirəm. Mənə elə gəlir ki, onlar kifayət qədər əminliklə, sadə şəkildə rəqəmlərlə TRACECA-nın bizə nə verdiyinə aydınlıq gətirdilər. Tədbirin təşkilatçısı, konfransa və mədəni proqrama cavabdeh ölkə olaraq mən öz tərəfimdən bu mövzu üzərində dayanmağı borc bilirəm. Mən ordan başlamaq istəyirəm ki, qonşularımızın reaksiyasını çox yaxşı başa düşürəm. Hər halda onlar İrəvandan Baklıya gəliblər və Bakını öz gözləri ilə görürlər. Anlayıram ki, onların gördüklərini qəbul etməsi elə də asan deyil.
İkincisi, biz konstruktiv yanaşmaya üstünlük veririk. Ancaq bilirik ki, destruktivlik daha asandır, daha dağıdıcıdır və bu dağıdıcılıq siyasətinin nəticəsi, ilk növbədə, qonşu ölkədə müşahidə olunur. Hansı ki, böyük həcmdə layihələrdən təcrid olunub və özü-özünü nəqliyyat dalanına, iqtisadi dalana salıb və ordan çıxmaq da istəmir.O ki qaldı proqrama, məzmunu anlamayanlar üçün bir daha bildirim ki, 20 il əvvəl bu gün yubileyini qeyd etdiyimiz bu layihənin reallaşmasına imkan verən o addım atılmasaydı, o strateji baxış olmadan bu gün haqqında danışdığımız uğurlar mümkün olmazdı. Məhz böyük Heydər Əliyev beynəlxalq liderləri, dövlət başçılarını dəvət etmiş, arxasınca aparmışdı. Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramını tərtib edərkən hər sivil cəmiyyətdə olduğu kimi, regionun inkişafına töhfələr vermiş insanların xatirəsinə münasibət aspektindən yanaşıb.
Bütünlükdə xatirəyə ehtiram məsələsinə gəldikdə, düşünürəm ki, bir daha paytaxtınızın mərkəzinə diqqət yetirin. Sizdə qoyulmuş o heykələ baxın. Yadınıza salın ki, gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq və bir daha düşünün ki, doğru insanın heykəlini qoymusunuzmu?Sizi isə mən şəxsən dəvət edirəm ki, Heydər Əliyev Mərkəzini ziyarət edəsiniz. Orada sizin doğulduğunuz şəhərin tarixinə həsr olunmuş sərgi keçirilir. O sərgi bizə gürcü həmkarlarımız tərəfindən, Gürcüstan Muzeyindən təqdim olunub, harada ki, daimi əsaslarla nümayiş etdirilir. İnanın ki, İrəvan xanlığı, İrəvan şəhərinin əsasının qoyulması haqqında tarixdə oxuya bilməyəcəyin çox yeni şey öyrənəcəksiniz. Təbii ki, əgər bu sizə maraqlıdırsa... O ki qaldı TRACECA karvanına, bütün əks cəhdlərə baxmayaraq, o irəli gedəcək”.


13 üzv və 2 müşahidəçi ölkənin rəsmilərinin iştirak etdiyi tədbirdə ötən dövrdə görülən işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar