Ən çox izlənən videolar

Qatarların hərəkət cədvəli dəyişir - VİDEO

Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar dekabrın 8-dən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə REAL-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirdi.

Qeyd edək ki, yeni hərəkət cədvəlində "Rusiya Dəmir Yolları"-na məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar