Ən çox izlənən videolar

E.Məmmədyarov-Z.Mnatsakanyan görüşü - VİDEO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan 2020-ci ilin əvvəllərində yenidən görüşəcəklər.

Nazirlər bu barədə qərarı ATƏT-in Nazirlər Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində, keçirdikləri görüş zamanı veriblər. Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan danışıqların davam etdirilməsi barədə razılığa gəliblər:

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı erməni həmkarı ilə aralarında 3 saat yarımdan çox davam edən görüşün olduğunu və bu görüşün kifayət qədər çətin müzakirələrlə müşayiət olunduğunu deyib.

O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var.

“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə Elmar Məmmədyarov bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar