Ən çox izlənən videolar

Floridada atışma - VİDEO

REAL-ın ABŞ bürosu Amerika Birləşmiş Ştatlarında gün ərzində baş verən aktual hadisələr, gündəmdə olan ən son real məlumatları çatdırıb.

ABŞ günə atışma xəbəri ilə başlayıb. Belə ki, Florida ştatında atışma baş verib. Odlu silahdan açılan atəş nəticəsində 3 nəfər qətlə yetirilib, 7 nəfər isə ağır yaralanıb. Ümumilikdə 13 nəfərin xəsarət aldığı bildirilir. Eskambiya dairə şerifi Devid Morqan bildirib ki, odlu silahdan açılan atəş zamanı qatil polislər tərəfindən öldürülüb. Hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da baş verən hadisə barədə məlumatlıdır. Hadisənin gedişini özü şəxsən izləyir.

Təəssüflər olsun ki, ABŞ Senatında qondarma erməni soyqırımını tanıyan tərəfdarlar var. Ağ evin istəyi ilə şimali Dakotadan olan senator, respublikaçı Kevn Kramer "erməni soyqırımı" qətnaməsini bağladığını bildirib. Kramerin sözlərinə görə, o bu addımı Ağ Evin bunun üçün doğru zaman olmadığını bildirdikdən sonra atıb. O, bildirib ki, prezident Donald Tramp Londondakı Nato sammitindən yeni qayıdıb, Türkiyə də NATO-ya üzv ölkədir və  "erməni soyqırımı" qətnaməsinin zamanı deyil. 

Bu gün ABŞ mətbuatı üçün pozitiv xəbər var. Bu xəbər ondan ibarətdir ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, noyabr ayı ABŞ-da 266 min iş yeri yaradılıb. Bu da ABŞ tarixində yaxşı göstərici hesab olunur.

Bu kateqoriyadan digər videolar
Digər videolar