Ən çox izlənən videolar

Çinin "ağıllı tramvay"ı - VİDEO

Çinin İbin şəhərində dünyada ilk dəfə relssiz və naqilsiz hərəkət edən tramvay xətti istifadəyə verilib. CRRC dəmiryolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir. Tramvayda quraşdırılmış sensorlar yolda xüsusi çəkilmiş iki ağ qırıq xətti avtomatik olaraq tanıyır və nəqliyyat vasitəsi həmin xətti üzrə hərkət edir. Əslində bu tramvaylar sürücüsüz idarə olunmaq üçün nəzərdə tutulub. Amma hələlik Çində sürücüsüz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkətinə icazə verilmədiyindən, tramvayları sürücülər idarə edir.

Saatda 70 kilometr sürətlə hərəkət edən "ağıllı tramvay" bir neçə akkumulyatorla qidalanır və elektrik mühərriki ilə işləyir. Akkumulyatoru tam doldurulan tramvay birdəfəyə 40 kilometr məsafə qət edə bilir. Üç vaqonlu tramvay 307, beş vaqonlu tramvay isə 500 sərnişin daşıya bilir. Yeni nəqliyyat növü şəhərin işıqfor sistemi ilə interasiya edilib. Belə ki, tramvay yolayrıcına yaxınlaşanda xüsusi cihazlar vasitəsi ilə işıqfora siqnal ötürür və işıqfor ənənəvi tramvay və avtobuslardan bir neçə dəfə uzun olan relssiz tramvayın keçidi üçün qırmızı işıq rejimini qısaldır, əvəzində yaşıl işıq rejiminin vaxtını çoxaldır.

İstehsalçı şirkətin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 3 dəfə, metro nəqliyyatından isə 10 dəfə ucuz başa gəlir.​
İbin şəhərində uzunluğu 17,7 kilometr olan relssiz tramvat xəttinin üzərində 16 dayanacaq var. Tramvaylar günün pik saatlarında 10 dəqiqə, digər vaxtlarda isə 15 dəqiqə intervalla hərəkət edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar