Ən çox izlənən videolar

Cüdoçularımız donma təhlükəsi keçirib - VİDEO

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.

Azərbaycanın Aktau şəhərindəki Baş Konsulu Elmar Məmmədovun reala verdiyi məlumata görə, dekabrın 6-da Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalan mikroavtobus aşkar edib.

Avtobusun salonunda 16 məktəbli və onları müşaiyət edən üç yetkin şəxs olub. Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırdı.

Konsul bildirdi ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar