Ən çox izlənən videolar

Millimiz “başsız” qaldı - VİDEO

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə qurumun Prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev və komitənin üzvləri iştirak ediblər.

İclasda müzakirəyə çıxarılan 13 məsələdən ən əsası futbol üzrə milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin tayeli ilə bağlı olub. Hesabat ətrafında aparılan müzakirələrdən sonra Yurçeviçlə yolların ayrılması qərarı verilib. Seçməmizi bundan sonra kimin çalışdıracağı hələ ki, açıqlanmayıb. AFFA-dan verilən məlumata görə, bununla bağlı qarşıdakı günlərdə müzakirələr aparılacaq.

Xatırladaq ki, Nikola Yurçeviç rəhbərliyi altında millimiz 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində uğursuz çıxış edib. Komandamız Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə qərarlaşdığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub.

Bundan başqa 17 yaşlı futbolçulardan ibarət seçməmizin baş məşqçisi Vüqar Məmmədlə də yollar ayrılıb.

Digər qərarlara gəlincə:

“Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun.

 AFFA-nın Fair Play mükafatı təsis olunsun və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olunsun.

“Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanması Baş katibliyə həvalə olunsun.

 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransı çağırılsın.

 AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun.

 “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.

AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq aşağıda adı göstərilmiş şəxslərə müvafiq təqaüd verilsin:

İclasda “Elit Məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtklü yeni məşq meydanı barədə və Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub.

Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat İcraiyyə Komitəsinə təqdim olunub və hesabata əsasən, İcraiyyə Komitəsi bu gün müvafiq qərarların qəbul olunması üçün İntizam Komitəsinə müraciət edib.

***

12:15

Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Bu barədə qərar REAL-a AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. 

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. 

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar