Ən çox izlənən videolar

“Seni Cup”ın final mərhələsi - VİDEO

Bakı İdman Sarayında paralimpiyaçılar arasında boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib. Yarışdan əvvəl isə turnirin açılış mərasimi reallaşıb.

Parad ilə başlayan tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və bir sıra qonaqlar çıxış ediblər.

Çıxışlardan sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış bədii hissəsində isə Arenaya toplaşanlar bir sıra nümunəvi çıxışları izləyiblər. Əvvəlcə daun sindiromlu şəxslərin reabiltasiya mərkəzinin “Günəş uşaqlar” rəqs qrupunun ifasında “Xalqlar dostluğu” tamaşası nümayiş olunub.

Paralimpiyaçı Vüsalə Kərimova və onun tərəf müqabili Fərid Mehdiyevin əlil arabasınnda rəqs performansı da tamaşaçıların böyük marağına səbəb olub.

Rəsmi hissədən sonra final mərhələsinin yarışlarına start verilib. Burada 60-dan çox fiziki məhdudiyyətli idmançı mübarizə aparıb.

Xatırladaq ki, boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı əlilliyi olan insanlar məşğul ola bilərlər.

Bu kateqoriyadan digər videolar
Digər videolar