Ən çox izlənən videolar

30 ilin qan yaddaşı - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 20 Yanvar şəhidlərinin xatirəsi anıb.

Tədbirdə 20 yanvar faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirlən bu dəhşətli qətliamdan bəhs edilib,xalqımızın vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğu vurğulanıb.

Xüsusi olaraq faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi diqqətə çatdırılıb.

Həmçinin qeyd edildi ki, Məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı və 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.

Qeyd olunub ki, bu gün də Prezident İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.Prezidentin müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar